İtaliyada mafiya bossları pandemiya səbəbiylə həbsxanadan buraxılır - BBC
23 Aprel 2020 12:40 Dünyaİtaliyada son günlərdə üç mafioz vəba xəstəliyi ilə əlaqədar ev həbsinə verilib.
Olaylar.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı Milan məhkəməsinə istinadən yayıb.
Mənbə bildirir ki, Cosa Nostranın ən nüfuzlu patronlarından biri 78 yaşlı Françesko Bonur ev dustaqlığına buraxılıb.
O, evdən yalnız həkimə baş çəkmək üçün çıxa biləcək.
Son həftələrdə məhkəmələr "Ndrangeta" qrupunun şübhəli bilinən iki lideri - 65 yaşlı Vincenzino Iannazzo və 72 yaşlı Rocco Santo Filipponeni ev dustaqlığı altına alıblar.
Filipponeyə ürək problemi diaqnozu qoyulub və məhkəmə onun koronavirus infeksiyasından sağ qalmayacağından narahatlığını bildirib.
"Vəziyyət çox narahatdır. İtaliyada 12 minə yaxın mütəşəkkil cinayətkar qrupun üzvü həbsdədir. Həbsxana mühafizəçiləri deyirlər ki, çox sayda məhbus koronavirus xəstəliyinə tutulma riskini artırmaq üçün qucaqlaşmağa başlayıblar". İtaliyanın polis həmkarlar birliyinin katibi belə deyib.
KONKRET.az