Meksikada COVID-19 970 nəfəri öldürdü
23 Aprel 2020 07:11 DünyaMeksikada son sutka ərzində 1 043 nəfərdə COVID-19-a yoluxma qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Epidemiologiya Xidmətinin rəhbəri Xose Luis Alomia məlumat verib.
Onun sözlərinə görə, ölkədə 10 544 koronavirus daşıyıcısı var, 7 minə yaxın pasiyent sağalaraq xəstəxanadan evə buraxılıb.
Bundan başqa, ötən gün 113 nəfər pandemiyanın qurbanı olub. Bununla da Meksikada koronavirus qurbanlarının ümumi sayı 970-a çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31