Kim Çen In komadadır

Şimali Koreyanın rəsmi xəbər agentliyi ölkə başçısı Kim Çen Inın əməliyyatdan sonra komaya düşdüyünü təsdiqləyib.

Axşam.az xəbər verir ki, bu barədə "News Service" nəşri məlumat yayıb.

Bildirilib ki, ölkə lideri hazırda dərin meditasiyadadır və ətraf siqnallara reaksiya vermir.

Kim Çen Inın keçirdiyi əməliyyat barədə məlumat verilməsə də, mətbuatda onun ürək-damar sistemində problemlərin olduğu haqda xəbərlər yayılıb.

Qeyd edək ki, daha əvvəl Kim Çen Inın xəstələnəcəyi halda ölkə başçısının bacısı Kim Ye Çjonun olacağı bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31