Türkiyədə koronavirusdan ölənlərin sayı artdı - 2376 ölü

Türkiyədə koronavirusdan ölənlərin sayı bu gün daha 117 nəfər artaraq, 2376-a çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Son 1 gün ərzində 3083 nəfər virusa yoluxub. Bununla da, yoluxanların sayı 98 mini ötüb.

Ümumilikdə 16477 nəfər sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31