Kondisioner koronavirusu daha sürətlə yayır
22 Aprel 2020 18:54 DünyaÇində alimlər araşdırma apararaq, bu ilin yanvar ayında kondisioner vasitəsilə doqquz nəfərin koronavirusa yoluxduğunu müəyyən ediblər.
Koronavirusu simptomsuz keçirən xəstəyə aid mikrodamcılar kondisioner vasitəsilə digər şəxslərə ötürülüb.
Həmin şəxsin digərləri ilə bir metrdən çox məsafədə olmasına baxmayaraq, restoranda olan doqquz nəfər COVID-19-a yoluxub.
Bununla da, kondisionerin virusu daha sürətlə yaydığı qənaətinə gəlinib.
azxeber.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31