Moskvada koronavirusdan ölən hər üç nəfərdən ikisi vaxtında həkim çağırmayanlardır

Moskvada koronavirusdan ölən hər üç nəfərdən ikisi vaxtında həkim çağırmayanlardır

Moskvada koronavirus infeksiyasından ölən hər üç nəfərdən ikisi vaxtında həkim çağırmayan, tibbi yardım istəməyən xəstələrdir.

Bunu Rusiyada koronavirusla mübarizə məqsədilə yaradılmış operativ mərkəz açıqlayıb. Sən demə, Rusiyada koronavirusdan ölənlərin üçdə ikisi o şəxslərdir ki, onların virusa yoluxduğu, ağır vəziyyətdə olduğu yalnız can verənə yaxın, ölümdən bir neçə gün öncə həkimlərə məlum olurmuş. Mərkəz bəyan edib ki, bunu aparılan monitorinqlər üzə çıxarıb.

Rusiyada indiyədək 58 min adam koronavirusa yoluxub, onlardan 513 nəfəri vəfat edib. Ən çox yoluxma və ölüm halları paytaxtda qeydə alınıb.

moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31