Bu ölkə neft yataqlarını bağlayır
22 Aprel 2020 17:55 DünyaMeksika qiymətlərin düşməsi səbəbindən 200-dən çox quyunun işlədiyi 19 yeni neft yatağını bağlamağa hazırdır.
Bunu Meksika Prezidenti Andres Manuel deyib.
"Ötən il uzun illər ərzində ilk dəfə olaraq 19 yeni yatağın işlənilməsinə başlandı. Biz 200-dən çox yeni quyu qazdıq. Bu quyulardakı klapanları təzyiq olmadan bağlamaq mümkün olacaq. Bu bizə hasilatı azaltmağa hazırlaşdığımız zamanda kömək edəcək", - prezident bildirib.
Qeyd edək ki, hazırda dünya bazarında "Brent" 16,35, yüngül neft isə 11 dollara satılır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31