Rusiyalı müğənnini tənqid etdilər — Bunu ancaq həyat yoldaşın görməlidir!

Hər zaman açıq-saçıq fotoları ilə gündəmə gəlməyi bacaran rusiyalı müğənni Vera Brejneva tənqid olunub.

İfaçı yeni fotosessiyasını "İnstagram" səhifəsində yayımlayıb. Yeni fotosessiyası üçün müğənni kamera qarşısına çılpaq keçib. Brejnevanın sərgilədiyi fotosessiya onun izləyicilərində fikir ayrılığı yaradıb. Onlardan bir qismi 38 yaşlı müğənnini ideal bədən quruluşuna heyranlığını bildirsə də, digərləri onu tənqid edib.

"Bəli, gözəl bədən quruluşun var, ancaq səni bu formada yalnız ərin görə bilər",- deyə, ona iradlarını bildiriblər.

Müğənni izləyicilərinin bu tənqidlərinə cavab verib. O, qeyd edib ki, fotoları həyat yoldaşının icazəsi ilə yayımlayıb.

olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31