Nobel mükafatçısından ŞOK İDDİA: koronavirusda QİÇS var
22 Aprel 2020 17:18 DünyaSARS-CoV-2 virusunda QİÇS-ə yol açan parçalar tapılıb.
Bunu Nobel mükafatçısı fransız viroloq Luk Montaqnayer iddia edib.

Professorun sözlərinə görə, bu, virusun laboratoriyada yaradılmış ola biləcəyinin isbatıdır: "Araşdırmalarımızda koronavirusun dəyişdirildiyi nəticəsinə gəldik. Yarasadan yoluxan klassik bir virus modeli var. Bu modelin üzərinə isə QİÇS hissəcikləri əlavə olunub".
Montaqnayer bildirib ki, bu dəyişikliyi etməkdə məqsəd yeni virusu QİÇS-ə qarşı peyvənd hazırlamaq ola bilər.
Qeyd edək ki, virusun təbii yolla deyil, laboratoriyada yaradıldığı və yayıldığına dair fikirlər dünya ictimaiyyətində şübhə ilə qarşılanır.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31