İspaniyada "pomidor döyüşləri" təxirə salındı
22 Aprel 2020 16:27 Dünyaİspaniyanın Bunyol şəhərində keçirilən ənənəvi "Tomatina" festivalı koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.
Bu barədə Valensiya əyalətinin rəhbərliyi qərar verib.
Qeyd edək ki, "Tomatina" festivalı müxtəlif qruplar arasında keçirilən "pomidor döyüşləri" ilə məşhurdur. Festival hər il avqustun sonuncu həftəsində keçirilir.
Ötən gün Almaniyada Bavariya federal torpağının hökuməti payızda nəzərdə tutulan "Oktoberfest" festivalını təxirə salmışdı.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31