Koronavirus peyvəndinin ilk sınağına icazə verildi

Almaniya koronavirus peyvəndinin insanlar üzərində sınağına start verəcək.

Bu barədə "The Independent" Paul Erlix adına Vaksin və Biotibbi Preparatlar İnstitutuna istinadən məlumat yayıb.

Elmi müəssisə COVID-19 dərmanının klinik sınaqları üçün ilk təsdiqini verib. Bildirilib ki, sınaq peyvəndi "Biontech" tərəfindən istehsal edilir və tənzimləyici orqanların icazəsi ilə könüllülər üzərində sınaqlara başlaya biləcək. Paul Erlix İnstitutunun açıqlamasında deyilir ki, mütəxəssislər namizəd üçün dərmanın potensial riskini və faydasını qiymətləndirib.

Qeyd olunub ki, 18 yaşdan 55 yaşa qədər olan 200 nəfərdən ibarət sağlam qrupa peyvəndin sınaq nümunələri ediləcək. Alimlər peyvəndin immun sisteminə təsirini qiymətləndirmək üçün bir neçə növ dərmanı sınaqdan keçirəcək.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç test peyvəndlərini həyata keçirmək üçün ən azı bir il vaxt tələb olunduğunu söyləmişdi. "Hər şey tamamilə mükəmməl keçsə belə, klinik sınaqların bütün mərhələləri aşması üçün ən azı 12-18 aya qədər müddət lazımdır", - deyə mütəxəssis qeyd etmişdi. Onun sözlərinə görə, hazırda COVID-19-a qarşı dərmanın 67 prototipi var, onlardan üçü ilk klinik sınaqlardan keçib.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31