Çində koronavirusa yoluxan iki həkim niyə qaraldı?

Çində koronavirusa yoluxan iki həkim niyə qaraldı?

Çində koronavirusa yoluxan iki həkimin dəriləri qaralıb. Yu Fan və Hu Veyfenq Uhanın Mərkəzi xəstəxanasında koronavirusa yoluxanları müalicə edərkən xəstəliyə tutulublar. Onlar ekstrakorporal membran oksigenləşdirilmə üsulu ilə müalicə aldıqları üçün ölümdən xilas ola biliblər. Koronavirusun bədənlərinə yayılması səbəbindən həkimlərin qara ciyərləri zədələnib. Bundan qaynaqlanan hormonal disbalans isə onların dərisinin qaralmasına gətirib çıxarıb.   Uzun müddət ağır vəziyyətdə olan iki həkim sonda virusu məğlub edə bilsələr də, dəriləri qaralıb. Həkimlər rəngi ölümdən qurtaran bir müalicənin nəticəsi olaraq izah ediblər. Çin dövlət mediasının verdiyi məlumata görə, iki həkimin dəri rənginin dəyişməsinə səbəb hormonal disbalans olub. Bunun nəticəsində bu iki şəxsin qaraciyəri koronavirus tərəfindən zədələnib. Mütəxəssislərinin fikrincə qan damarlarında problemlər var idi və qaraciyər düzgün işləmirdi. Nəticədə dəri rənginin dəyişməsinə və piqmentasiyanın artmasına səbəb olub.   Çinin CCTV televiziyasının verdiyi məlumata görə, iki həkimin koronavirus müayinəsi yanvarın 18-də müsbət olub və əvvəlcə Vuhan Ağciyər xəstəxanasına aparılıblar. Cihazın köməyi ilə 39 gün nəfəs aldıqdan sonra, doktor Yi ölümcül virusu məğlub edə bilib.   ECMO, ürək və ağciyərlərin işindəki qüsurları kompensasiya etmək üçün bədən xaricindəki qan axınına oksigen vurma üsuludur. Ancaq xəstəliyin tam sağalması və sağlam qaraciyər fəaliyyətinin başlamasından sonra hər ikisinin dəri rənginin normala dönəcəyi proqnozlaşdırılır. 

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31