Buzlaqlar 30 ilə əriyə bilər - Dünya əhalisinə XƏBƏRDARLIQ
22 Aprel 2020 13:33 DünyaAlmaniyanın Hamburq Universitetinin iqlim üzrə mütəxəssisi Dirk Notzun rəhbərliyindəki araşdırmaçı qrupu iqlim dəyişikliyi və gözlənilən nəticələrlə bağlı hesabat hazırlayıb.
Mütəxəssislər 2050-ci ilə qədər Şimal Buzlu Okeanında buzlaqların əriyəcəyi barədə xəbərdarlıq ediblər.
Notz karbon emissiyasının azaldılacağı və qlobal istiləşmənin 2 dərəcədən aşağı tutulacağı təqdirdə belə buzlaqların əriməsinin qarşısını almağın mümkün olmayacağını söyləyib.
Mütəxəssislər bu xəbərdarlıqla qlobal istiləşməyə səbəb olan insan faktorlarına diqqət çəkmək istəyiblər.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31