Kim Çen Inın yerinə bacısı keçə bilər

Şimali Koreya təcili vəziyyət yaranarsa, lider Kim Çen Inın kiçik bacısı Kim Yo Jung ilə əvəz etməyə hazırlaşır.
 2019-cu ilin sonunda Şimali Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin pleniumunda Kim Çen Inın qəfil vəfat etdiyi təqdirdə ölkədəki bütün gücün bacısı Kim Yo Çjona ötürülməsi barədə qərar qəbul edilib.
Mənbələrin verdiyi məlumata görə, bu qərardan sonra Kim Yo Çjon tərəfindən partiya və hərbi istiqamətlər barədə çoxsaylı təlimatlar verilib.
Məlumatda qeyd olunub ki, yüksək təzyiq, ürək xəstəliyi və şəkər xəstəliyindən əziyyət çəkdiyi iddia edilən Kim Çen Inın vəziyyətinin pisləşməsi səbəbiylə yanvar ayında Fransadan gələn bir qrup həkim Pxenyana baş çəkib. Bununla Kim Yo Çjonun qardaşının yerinə keçməsi prosesi sürətlənib və hazırda o, ölkədə faktiki olaraq "2 nömrəli insan" hesab olunur.
Xatırladaq ki, sonuncu dəfə aprelin 11-də hökumət iclasında göründüyü bildirilən Şimali Koreya liderinin səhhətinin pisləşməsi haqqında ABŞ mətbuatında xəbərlər yayılmışdı. Onun ürək əməliyyatı keçirdiyi və vəziyyətinin ağır olaraq qaldığı iddia olunur. Ancaq daha əvvəl 3 dəfə Kim Çen Inla görüşən ABŞ Prezidenti Donald Tramp Şimali Koreya liderinin səhhətinin pis olması ilə bağlı şayiələrin təsdiqlənmədiyini bildirib.(qafqazinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31