Daha bir ölkədə koronavirusdan ölənlər TIR-larda saxlanılır - VİDEO
22 Aprel 2020 12:43 DünyaEkvadorda koronavirusdan ölənlərin cəsədləri üçün mobil soyuduculardan istifadə olunur.
Bununla bağlı RT-nin yayımladığı videoda 200-ə qədər cəsədin saxlana biləcəyi yük maşınları görünür.
Kadrlar Ekvadorun paytaxtı Kito şəhərində çəkilib. Maşınlar paytaxtda konfrans mərkəzinin yaxınlığında park ediliblər. Binada hazırda 400 taxta tabutun olduğu vurğulanıb.
Son məlumatlara görə, Ekvadorda 10 398 nəfər koronavirusa yoluxub. Onlardan 520 nəfəri ölüb, 1207 nəfəri isə sağalıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31