ABŞ-da sutka ərzində 2 mindən çox insan koronavirusun qurbanı olub

ABŞ-da sutka ərzində 2 mindən çox insan koronavirusun qurbanı olub

ABŞ-da bir gün ərzində koronavirusdan 2,7 insan ölüb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə yerli və federal orqanların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata görə, Birləşmiş Ştatlarda bir gün ərzində 2 751 nəfər epidemiyanın qurbanı olub. Bununla da ölkədə epidemiyadan ölənlərin sayı 45 minə çatıb. Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 820 min nəfəri ötüb.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxanların sayı, həm də COVID-19-dan ölümlərin statistikası üzrə liderdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31