Qırğız polislərində COVID-19-a yoluxma halları
Qırğız polislərində COVID-19-a yoluxma halları
22 Aprel 2020 12:03 DünyaQırğız Respublikasında hüquq-mühafizə orqanlarının 12 əməkdaşı koronavirusa yoluxub.
Bunu Qırğız Respublikası Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onlardan biri reanimasiya şöbəsinə yerləşdirilib. Nazir müavini bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları xidməti vəzifələrini icra edərkən COVID-19-a yoluxmuş insanlarla təmasda olublar. Nəticədə özləri də virusa yoluxublar.
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 612-yə, ölənlərin sayı isə 7-yə çatıb. Yoluxanların 157-si tibb işçiləridir. Qeydə alınmış virus daşıyıcıları 8,5 min nəfərlə təmasda olublar.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31