Daha bir ölkədə ölümcül epidemiya yayıldı - Yüz minlərlə insan yoluxdu
22 Aprel 2020 11:34 DünyaMalayziyada danq qızdırması epidemiyası yayılıb.
Son 4 ayda 38 min 240 nəfər infeksiyaya yoluxub.
Bu barədə məlumatı Malayziya Səhiyyə Nazirliyinə aid "iDengue" saytı yayıb.
29 dekabr-21 aprel tarixləri arasında aparılan statistik araşdırmalara görə, paytaxt Kuala Lumpurda 2 min 906, Selanqor əyalətində isə 23 min 22 yoluxma faktı qeydə alınıb.
Qeyd edək ki, danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. Elm adamları kəskin istilər və uzun sürən yağışların qızdırma, danq infeksiyası daşıyan ağcaqanadların artmasına səbəb olduğunu bildirir.
Son rəqəmlərə görə, Malayziyada 5 min 482 koronavirusa yoluxma qeydə alınıb. 92 nəfər ölüb.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31