Çin rəsmiləri ilə görüşən məşhur virusoloq: “Daha qorxunc viruslar...”

Başımız bəladadır, daha qorxunc viruslar ortaya çıxa bilər.

Bu sözləri 2011-ci ildə çəkilən və koronavirusdan sonra internetdə izləmə sayına görə rekord qıran "Yoluxma" filminin məsləhətçisi virusoloq professor Lan Lipkin deyib.

Xatırladaq ki, sözügedən filmdə Asiyada heyvanlardan insanlara keçərək dünyaya yayılan virusdan bəhs edir.

67 yaşlı professor dünyanın hazırkı durumunu şərh edərkən "Başımız bəlada" ifadəsini işlədib.

Hazırda Kolumbiya Universitetinin İnfeksiya və Toxunulmazlıq Mərkəzinin rəhbəri olan Lipkinin fikrincə, gələcəkdə bənzər ölümcül viruslar ortaya çıxacaq. Hökumətlərin atdığı yanlış addımların koronavirusun yayılmasına səbəb olduğunu deyən professor yüzlərlə ölkədə tətbiq edilən karantin rejimləri haqqında "Qaldığınız yerdən çıxmaq çətin olacaq" ifadəsini işlədib.

Hazırda professor komandası ilə birlikdə koronavirusun yaranma səbəbləri, testləri, xəstəliyin qarşısının alınması və müalicəsi üzərində çalışır. Araşdırmalar zamanı koronavirusa yoluxan professor altı həftə işini dayandırmalı olub.

Doktor Lipkin deyib ki, koronavirusun mövcudluğundan Çindəki əlaqələri sayəsində dekabr ayında xəbər tutub. Yanvarın əvvəllərində isə çinli həmkarlarına apardıqları araşdırmada kömək etmək virusun genetik ardıcıllığının yayımlanması xəbərdarlığını edib.

O, həmçinin Çində aralarında baş nazir Li Keqianqın olduğu Çin rəsmiləri ilə görüşüb.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31