Çində kimyəvi zavodda güclü partlayış

Çinin Cianqsu əyalətində kimyəvi maddələr istehsal edən zavodda baş verən yanğın güclü partlayışla nəticələnib.

Tələfatla bağlı məlumat verilməyib.

Hadisə yerinə gələn polis yanğının səbəbini aydınlaşdırmaq üçün zavod rəhbərini nəzarətə alıb.

Qeyd edək ki, ötən ilin martında Cianqsu əyalətində başqa bir kimyəvi zavodda da partlayış olub. Nəticədə 47 nəfər ölüb, 640 nəfər isə yaralanıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31