İran ilk hərbi peykini orbitə çıxardı
22 Aprel 2020 10:27 Dünyaİran aprelin 22-də ilk hərbi peykini orbitə buraxıb.
Məlumatı "Sepah news" yayıb.
Bildirilib ki, sınaq uçuşu uğurla başa çatıb. "Nur" adlı peyk "Qasid" ikipilləli raketdaşıyıcısının yardımı ilə yerdən 425 km. məsafəyə çıxarılıb.
Uçuşu İran Silahlı Qüvvələrinin İslam İnqilab Keşikçiləri Qvardiyası həyata keçirib.
Xatırladaq ki, ABŞ qvardiyanı terrorçu təşkilatlar siyahısına daxil edib. Vaşinqton bu silahlı birləşməni sanksiyaya məruz qoyub.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31