"Kurtlar Vadisi"nin məşhur aktyoru VƏFAT ETDİ
21 Aprel 2020 21:49 DünyaTürkiyənin tanınmış aktyoru Umut Demirdelen 67 yaşında vəfat edib.
Aktyor ciyərlərindəki problemlər səbəbiylə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, aktyorun ölüm səbəbinin koronavirusla əlaqəsi yoxdur. Həkimlər aktyoru 3 dəfə koronavirus testindən keçirib və onda "COVID-19"a rast gəlinməyib.
Qeyd edək ki, çox sayda tamaşada və filmlərdə rol alan aktyor, "Kurtlar Vadisi" serialında oynadığı rol ilə daha da məşhurlaşıb.

publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31