İraqda partlayışlar törədildi- "Həşd Şabi" üzvləri həlak oldu
21 Aprel 2020 16:29 Dünyaİraqın Səlahəddin vilayətində partlayışlar törədilib. Bu barədə təhlükəsizlik mənbələri tərəfindən məlumat verilib. Məlumata görə, Şırqat bölgəsində əvvəlcədən yola yerləşdirilən partlayıcı qurğu patrul xidməti aparan "Həşdi Şabi" nəqliyyat vasitəsi keçərkən işə salınıb. Partlayış nəticəsində "Həşd Şabi"nin 3 üzvü yerindəcə həlak olub, 3 dinc sakin də yaralanıb. Şırqat rayonu Al Sura kəndində törədilən partlayışda isə ata və oğlu həyatını itirib. Sözügedən hücumların mədsuliyyətinin üzərinə götürən olmayıb.
Eastnews.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31