ABŞ-a köç etmək qadağan olunacaq

ABŞ Prezidenti Donald Tramp koronavirus səbəbilə daha bir qalmaqallı qərar qəbul etmək astanasındadır.   Belə ki, ABŞ-a köçmək istəyənlərin bir müddət bu hüquqdan yararlana bilməyəcəkləri vurğulanır.   Artıq Prezident Donald Trampın yaxın vaxtlarda bu barədə qərarının da elan olunacağı istisna edilmir.   "Görünməz düşmənin hücumu altında olduğumuzu və böyük ABŞ vətəndaşlarının işlərini qorumağı nəzərə alaraq ölkəyə köçü müvəqqəti olaraq ləğv etməklə bağlı qərarnamə imzalayacağam", - deyə Donald Tramp açıqlamasında qeyd edib.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31