İŞİD liderinin yeri açıqlandı
21 Aprel 2020 15:34 DünyaİŞİD terror təşkilatı lideri Əbu İbrahim əl-Qüreyşinin hazırda İraqda olduğu bildirilib. Bu barədə "Al Sumaria" televiziya kanalına İraq təhlükəsizlik qüvvələrindən bir mənbə danışıb. Mənbə "Əl-Qüreyşinin İraqda olduğuna dair təsdiqlənmiş məlumatlar var və İŞİD rəhbərliyində az sayda adam onun necə göründüyünü bilir", - deyib. "İraq-ABŞ birgə mütəxəssis qrupu fevraldan Əbu Bəkr əl-Bağdadi öldükdən sonra təşkilatın rəhbərliyinə keçən yeni İŞİD liderinin kimliyini müəyyənləşdirmə işləri aparır", - deyən mənbə daha öncə əl-Qüreyşinin kimliyini müəyyənləşdirmə işlərinin uğursuz olduğunu bildirib . Hazırda İraq təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Səlahəddin və Kərkük bölgələri başda olmaqla terrorçuların bazalarını, sığınacaqlarını axtarış işlərini davam etdirir.
Eastnews.org