Çində siçan ətinin istehlakı qadağan edildi - Ölkənin bahalı yeməyi
21 Aprel 2020 14:40 DünyaKoronavirusun dünyaya yayıldığı Çində bambuk siçanlarının istehlakına qadağa qoyulub.
Çində populyar olan bu siçanların boyu 50 santimetrə, çəkiləri isə 10 kiloqrama qədər ola bilir.
Virus yayılmamışdan əvvəl belə siçanlar çəkisindən asılı olaraq təqribən 300 manata satılırdı. Digər yeməklərlə müqayisədə çox bahalı idi.
Qeyd edək ki, Çinin Guanqdonq əyalətində mayın 1-dən etibarən it və pişik ətinin satışı da qadağan edilib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31