Bu ölkədə karantinin müddəti UZADILDI
21 Aprel 2020 11:59 DünyaKolumbiyada ümummilli karantin rejiminin müddəti mayın 11-dək uzadılıb.
Bunu ölkənin paytaxtı Boqotada çıxışı zamanı Kolumbiya prezidenti İvan Duke deyib.
İ.Duke bildirib: "Biz məcburi izolyasiya müddətinin mayın 11-dək uzadılması barədə qərar qəbul etdik".
Kolumbiya prezidenti əlavə edib ki, tikinti və istehsal sahələri üçün istisnalar nəzərdə tutulur.
Qeyd edək ki, Kolumbiyada koronavirusa ilk yoluxma halı martın 6-sı qeydə alınıb. Hazırda Kolumbiyada 3 977 nəfər koronavirusa yoluxma halı təsdiqlənib, 189 koronavirusdan dünyasını dəyişib, 804 nəfər isə sağalıb.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31