Paytaxtı raket atəşinə tutdular: 2 xəstəxana vuruldu
21 Aprel 2020 11:52 DünyaLiviyanın qiyamçı feldmarşalı Xəlifə Haftara bağlı silahlı birliklər paytaxt Tripolini raket atəşinə tutub.
Qiyamçılar paytaxtın cənubundakı iki səhra xəstəxanasını vurublar.
Nəticədə 5 səhiyyə personalı yaralanıb, itkilər haqqında isə məlumat yoxdur.
Liviyanın qanuni hökumətinin Səhiyyə Nazirliyi bəyan edib ki, xəstəxanalar qrad raketlərlə vurulub.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31