"Tanrı bizi koronadan qoruyacaq" – Prezident
21 Aprel 2020 11:34 DünyaTanzaniya Prezidenti Con Maqufuli ölkə vətəndaşlarını koronavirus pandemiyası fonunda Tanrıya müraciət etməyə və iqtisadiyyatı dəstəkləməyə çağırıb.
Bu məlumatı "Frans Press" agentliyi yayıb. Məlumata görə, bütün Afrika ölkələri koronavirusla bağlı komendant saatı və ya karantin rejimi tətbiq etsələr də Tanzaniya bu kimi tədbirlərə qarşı hələlik müqavimət göstərir. Ölkədə məktəblər və universitetlər bağlansa da bazarlar, avtobus dayanacaqları və mağazalar hələ də fəaliyyət göstərir.
Bu hadisələr fonunda Maqufuli əhalini üç günlük ibadətə çağırıb:
"Bizim inancımızı gücləndirmək və müdafiə maskalarına güvənmədən Tanrıya dua etməyi davam etdirmək zamanı çatıb. Kilsə və məscidlərə getməyi dayandırmayın. Əminəm ki, bu da keçəcək. Tanrı tanzaniyalıları virusdan qoruyacaq".
axar.az