Rusiya telekanalı Türkiyə ərazilərini Ermənistan torpağı kimi göstərdi
Rusiya telekanalı Türkiyə ərazilərini Ermənistan torpağı kimi göstərdi
21 Aprel 2020 11:30 DünyaRusiya televiziya kanallarından birində Türkiyənin bir neçə vilayəti Ermənistan ərazisi kimi göstərilib. Bu barədə məlumatı "OLAYLAR"-a Əsassız Erməni İddialarına Qarşı Mücadilə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy verib. O, deyib ki, Rusiyaya məxsus HTB kanalında gedən bir proqramda nümayiş edilən xəritədə Türkiyənin Şərqi Anadolu, Cənub-şərqi və Qaradəniz bölgəsindəki Rizə və Artvin əraziləri Qərbi Ermənistan kimi təqdim edilib. ASİMDER rəhbəri Rusiya televiziya kanalında belə bir təxribata əl atılmasını şiddətlə qınayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31