Trabzonda dəhşət: Yeni doğulmuş uşağı torpağa basdırdılar - FOTO

Türkiyənin Trabzon şəhərinin Tonya rayonunda dəhşətli hadisə baş verib.

Rayon ərazisində fındıq bağında yeni doğulmuş oğlan uşağının cəsədi tapılıb.

Faktla bağlı 54 yaşlı M.Ç., onun qızı - uşağın anası olduğu iddia edilən 21 yaşlı P.Ç. və uşağın atası olduğu iddia edilən 22 yaşlı O.K. saxlanılıb.

Uşağın nikahsız doğulduğu təxmin edilir. Onun cəsədi ölümün əsl səbəbinin müəyyənləşdirilməsi üçün morqa aparılıb.

oxu.az

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31