Bu ölkədə malyariya yayılıb - Artıq 170 min nəfər yoluxub

Bütün dünyanı koronavirus pandemiyası cənginə aldığı bir vaxtda Afrika qitəsində yerləşən Zimbabvedə malyariya xəstəliyi sürətlə yayılıb.

4 aydır, bu ölkədə malyariyaya yoluxanların sayı 170 min nəfərə çatıb, 152 nəfər isə ölüb.

Xəstəliyin yayılması Zimbabvedə ağcaqanadların daha çox yayıldığı oktyabr-aprel ayları aralığında havanın yağışlı keçməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, malyariya parazitləri insanın qanına düşdükdə dövr edərək qaraciyərə düşürlər, onun hüceyrələrinə nüfuz edirlər, orada böyüyərək çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olurlar. Bu proses bir həftədən bir neçə aya kimi çəkə bilər. Parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir.

Malyariyanın simptomlarının sırasına, yüksək qızdırma, üşütmə, baş ağrılarını, əzələ ağrılarını və yorğunluğu aid etmək olar. Bundan savayı eyni zamanda ürək bulanması, qusma və ishal da müşahidə oluna bilir. Eritrositlərin parçalanması səbəbindən malyariya anemiyanın yaranmasına və eləcə də ödün dağılmasına (dəri və gözlərin saralması) gətirib çıxara bilər. Malyariyanın parazitlərinin ən təhlükəli növü olan Plasmodium falciparum tərəfindən törədilən xəstəlik zamanı böyrək çatışmazlığı, epileptik qıcolmalar, əqli pozğunluqlar, koma, və vaxtında müvafiq tibbi köməyin göstərilmədiyi təqdirdə ölüm baş verə bilər.

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31