Kəbə Ramazan ayında da bağlı qalacaq - AÇIQLAMA
21 Aprel 2020 10:47 DünyaSəudiyyə Ərəbistanının Məscidlər üzrə Baş İdarəsi Məkkə və Mədinədəki məscidlərin, o cümlədən Kəbənin Ramazan ayında da baglı qalacağı haqqında məlumat yayıb.
Bu qərar koronavirusun yayılmasının qarşısının alınması məqsədilə verilib.
Bu barədə TASS məlumat yayıb.
Məkkə və Mədinədəki məscidlərlə yanaşı, Yerusəlimdəki məscidlər də müsəlmanların əsas ibadət yerləri sayılır. Bu il Ramazan ayı karantin rejimi yaşadığımız günlərə təsadüf etdiyindən dünya müsəlmanları bütün namazları ev şəraitində qılacaq.
Qeyd edək ki, Yaxın Şərqdə Ramazan ayı aprelin 25-də başlayacaq.
Cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31