Atasının dəfninə gedən qız təcavüzə məruz qaldı - FOTOLAR
21 Aprel 2020 10:45 DünyaAtasının öldüyü xəbəri ilə kədərlənən Naomi Vudyat adlı qadın Kanadaya getmədən öncə təcavüzə məruz qalıb.
O, bu barədə İrlandiyada bir radio proqramına verdiyi müsahibədə danışıb. Belə ki, Vudyat 2019-cu ilin sonlarına yaxın atasını itirdiyini öyrənib. Lakin gənc qadın Kanadaya getmədən öncə pasportu ilə bağlı problemi həll etmək üçün İrlandiyanın Kork bölgəsindəki evindən Dublinə gedərək oteldə qalıb.
Daha sonra Vudyat barda oturarkən yanına bir adam gəldiyini deyib. Sözügedən şəxsin "centlmen və nəzakətli" biri kimi göründüyünü bildirən qadın adamın ona içki təklif etdiyini söyləyib. İçkini içən qadın ertəsi gün öz otağında oyansa da, otağa necə gəldiyini xatırlamayıb. Bardakı şəxsin də otaqda olduğunu və geyindiyini deyən Naomi adını bilmədiyi adamın bir söz demədən otaqdan çıxdığını qeyd edib.
Təcavüzə uğradığını anlayan qadən bədənində göyərmələr və siqaret yanıqları görüb. Lakin qızıllarının da oğurlandığının fərqinə varan Naomi atasının dəfninə qatılmaq üçün Kanadaya gedib. Dəfn mərasimindən sonra isə polis mərkəzinə gedərək şikayət edən qadın başına gələnləri danışıb.
Faktla bağlı geniş miqyaslı araşdırma başladılıb.








primetime.az