Konteynerində 39 ölü olan yük maşınının sürücüsü məsuliyyəti öz üzərinə götürüb
21 Aprel 2020 10:33 Dünyaİngiltərənin Essex şəhərində 39 vyetnamlının cəsədinin tapıldığı TIR-ın sürücüsü Maurice Robinson ölüm ittihamlarını etiraf edib.
25 yaşlı irlandiyalı sürücünün çərşənbə günü London Mərkəzi Cinayət Məhkəməsində 39 nəfərin ölümünə görə məsuliyyətini qəbul etdiyi bildirilib. Robinson məhkəməyə dörd müttəhimlə video bağlantı vasitəsilə qatılıb.
İngiltərə polisi ötən ilin oktyabrında Essexdə soyuducu TIR konteynerində olan vyetnamlı 39 nəfərin cəsədini tapıb.
Polis 15 yaşındakı bir uşaq da daxil olmaqla 39 nəfərin, oksigen və həddindən artıq isti səbəbiylə qapalı yerdə öldüyünü açıqlayıb.
31-i kişi, 8-i qadın olan qurbanların insan alverçilərinə onları İngiltərəyə aparması üçün pul ödədikləri düşünülür.
Digər təqsirləndirilən 43 yaşlı Gheorghe Nica isə məhkəmədə 39 nəfərin səhlənkarlıq nəticəsində öldürüldüyü ittihamını rədd edib.
27 yaşlı müttəhim Alexandru-Ovidiu Hanga qanunsuz immiqrasiyaya kömək etmək ittihamını rədd edib. 23 yaşlı Kristofer Kennedi isə əvvəl də bu ittihamı rədd edib.
sia.az