İsa peyğəmbərin obrazını canlandıracaq

Mərhum müğənni Maykl Ceksonun qızı Peris Cekson "Vərdiş" ("Habit") serialında İsa peyğəmbərin obrazını canlandırıb.

E!News nəşri artıq 22 yaşlı aktrisanın həmin rolda olan fotosunu da yayımlayıb.

Küçə həyatından bəhs edən ekran işində Peris narkotik və zorakılığın olduğu mühitə düşür. Bu vəziyyətdən çıxmaq üçün o, peyğəmbərin obrazına girir.

Serialda baş rolu məşhur aktrisa Bella Torn və musiqiçi Qevin Rossdeyl canlandırır.

Ekran işinin hansı tarixdə yayımlanacağı barədə isə heç bir məlumat verilməyib.

axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31