Trampdan radikal qərar: "Xalqı qorumaq üçün bunu edəcəyəm"

Donald Tramp yeni növ koronavirusa (COVİD-19) görə ölkədə immiqrasiyanın müvəqqəti olaraq dayandırılması ilə bağlı fərman imzalayacaq.

Publika.az xəbər verir ki, ABŞ Prezidenti virusa qarşı tədbirləri çərçivəsində atılacaq yeni addımını Twitter hesabı vasitəsilə elan edib:

"Görünməyən düşmənin hücumunu və Amerika vətəndaşlarını qorumalı olduğumuzu nəzərə alaraq, ABŞ-a immiqrasiyanı müvəqqəti olaraq dayandıran fərman imzalayacağam".

Qeyd edək ki, Tramp fərmanı nə vaxt imzalayacağı ilə bağlı məlumat verməyib.

Əlavə edək ki, ABŞ-da COVID-19-a 782 159 nəfər yoluxub, 41 816 nəfər isə ölüb. .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31