İtaliyada koronavirus qurbanlarının sayı 24 114-ə çatıb
21 Aprel 2020 07:52 Dünyaİtaliyada son sutka ərzində koronavirusa yoluxan daha 454 nəfər dünyasını dəyişib.Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 24 114-ə çatıb.İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı daha 2 256 nəfər artıb.Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 181 228 nəfərə çatıb.İndiyədək ölkədə xəstəlikdən sağalanların sayı 48 877 nəfər təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31