Dünyada 640 mindən çox insan koronavirusdan sağaldı
21 Aprel 2020 07:49 DünyaDünya miqyasında koronavirusdan sağalanların sayı 640 mini ötüb.BakuPost.az xəbər verir ki, bu rəqəm 644 min 589-dur. Çində 77 min 84 nəfər xəstəliyə qalib gəlib. Xəstələrin ən çox sağaldığı ölkələr Almaniya (91 min 500), İspaniya (80 min 587), ABŞ (71 min 489), İran (59 min 273), İtaliya (48 min 877) və Fransadır (36 min 578).Qeyd edək ki, dünya miqyasında Covid-19 xəstələrinin sayı 2 milyon 466 min 305-dir. 169 min 333 nəfər isə dü3nyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31