COVID-19 pandemiyası dövründə həyat

Hindistanın Baş Naziri

Şri Narendra Modi tərəfindən

Bu əsrin üçüncü onilliyinə xaotik bir başlanğıc oldu. COVID-19 pandemiyası özü ilə bir çox pozuntu gətirdi.

Koronavirus peşəkar həyatın əhatəsini xeyli dəyişdi.

Bu günlərdə ev yeni ofisdir.

İnternet yeni iclas otağıdır.

İndi həmkarlar ilə ofis fasilələri artıq bir tarixdir.

Mən də bu dəyişikliklərə uyğunlaşmışam. Nazir həmkarlarım, rəsmilər və dünya liderləri ilə görüşlərin çoxu, indi videokonferensiyalar vasitəsilə həyata keçirilir.

Müxtəlif tərəfdaşlar tərəfindən tapşırıqların yerinə yetirilməsi ilə bağlı məlumatların verilməsi üçün cəmiyyətin bir sıra təbəqələri ilə video konfranslar keçirilmişdir. Qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyəti qrupları və icma təşkilatları ilə geniş əlaqələr mövcud idi. Radio aparıcıları ilə də həmçinin qarşılıqlı əlaqələr var idi.

Bundan əlavə, cəmiyyətin müxtəlif təbəqələrindən məlumat almaq üçün gün ərzində çox sayda telefon danışıqları edirəm.

Bunlardan biri insanların bu dövrdə işlərini necə davam etdirdiklərinə dair müxtəlif yollara nəzər yetirməkdir. Evdə qalmaqla bağlı ismarıclar səsləndirən kino ulduzlarımızın bir neçə yaradıcı videosu var. Müğənnilərimiz onlayn konsert verdilər. Şahmatçılar rəqəmsal şahmat oynadılar və bununla da COVID-19 pandemiyası ilə mübarizəyə kömək etdilər. Tamamilə mütərrəqi bir addım!

İlkin olaraq iş yerləri rəqəmsal olmağa başlayır. Və niyə də yox?

Nəticə etibarilə texnologiyanın ən çox dəyişmə təsiri çox vaxt yoxsulların həyatında özünü göstərir. Bu, bürokratik ierarxiyanı yıxan, vasitəçiləri aradan qaldıran və rifah tədbirlərini sürətləndirən bir texnologiyadır.

Bir nümunə verim.

2014-cü ildə xidmət fürsətini əldə etdikdə, hindliləri, xüsusən yoxsulları Can Dan Hesabı adlanan maliyyə proqramı və Aadhar&Mobil nömrəsi ilə əlaqələndirməyə başladıq. Göründüyü qədər sadə olan bu əlaqə vasitəsi sadəcə olaraq onilliklər boyu davam edən korrupsiyanı və müəssisə məhsuldarlığının qarşılıqlı töhfəsi olmadan əlavə sərvət əldə etmək istədiyi zaman meydana gələn iqtisadi konsepsiyanı (rent-seeking) dayandırmadı, eyni zamanda Hökumətə bir düyməni basmaqla pul köçürməyə imkan yaratdı. Bir düymənin basılması, qovluqda əks olunan çox sayda iyerarxiya səviyyəsini və həftələrlə gecikmə hallarını əvəz etdi.

Hindistan bəlkə də dünyada ən böyük belə infrastruktura malikdir. Bu infrastruktur bizə COVID-19 pandemiyasının yaratdığı bu vəziyyətdə çoxsaylı ailələrə müavinət vermək üçün kasıblara və ehtiyacı olanlara birbaşa pul köçürməyimizə köməklik göstərdi.

Diqqət çəkən digər bir sahə isə təhsil sektorudur. Artıq bu sektorda yenilik edən bir çox tanınmış mütəxəssis var. Bu sektorda canlandırıcı texnologiyanın faydaları mövcuddur. Hindistan hökuməti müəllimlərə köməklik göstərmək və elektron tədrisi inkişaf etdirmək üçün DİKSHA portalı kimi bir təşəbbüs irəli sürmüşdür. Təhsilin əldə edilməsi, bərabərliyin və keyfiyyətin yaxşılaşdırılmasına yönəlmiş SWAYAM (Gənc istəkli zehnlər üçün aktiv öyrənmə saytları) portalı fəaliyyət göstərir. Bir çox dildə mövcud olan E-Pathshala portalı, müxtəlif elektron kitablara və bu kimi tədris materiallarına giriş imkanı verir.

Bu gün dünya yeni biznes modelləri axtarır.

İnnovativ təşəbbüsləri ilə tanınan gənc millət Hindistan, yeni iş mədəniyyətinin təmin edilməsi üzrə liderliyi ələ ala bilər.

Bu yeni biznes və iş mədəniyyətinin aşağıdakı saitlərdə yenidən müəyyənləşdirilməsini nəzərdə tuturam.

Mən onları yeni normanın saitləri adlandırıram - çünki ingilis dilindəki saitlər kimi, bunlar da həmçinin COVID-dən sonrakı dünyada hər hansı bir iş modelinin vacib maddələrinə çevriləcəkdir.

Uyğunlaşma:

Cari zamanın ehtiyacı, asanlıqla uyğunlaşa bilən iş və həyat tərzi modelləri barədə fikirləşməkdir.

Bunu həyata keçirmək o deməkdir ki, böhran yaşanan bir dövrdə də ofislərimiz, müəssisələrimiz və ticarətimiz həyat itkisinin baş verməməsini təmin edərək daha sürətli davam edə bilər.

Rəqəmsal ödənişlərin mənimsənilməsi uyğunlaşmanın əsas nümunəsidir. Böyük və kiçik mağaza sahibləri, xüsusən böhran dövründə ticarətlə əlaqəli olan rəqəmsal vasitələrə investisiya qoymalıdırlar. Hindistan artıq rəqəmsal əməliyyatların ümidverici artımının şahidi olur.

Digər bir nümunə isə telekommunikasiya texnologiyaları vasitəsi ilə xəstələrin uzaqdan diaqnozu və müalicəsinin aparılmasıdır. Biz artıq klinikaya və ya xəstəxanaya getmədən bir neçə konsultasiyanı həyata keçiririk. Bu yenə də bu müsbət bir işarədir. Dünyada teletibbə daha da kömək edəcək biznes modelləri barədə düşünə bilərikmi?

Effektivlik:

Bəlkə də, indi nəyin səmərəli olmasına istinad etdiyimiz düşüncələr barəsində yenidən fikirləşmək vaxtıdır. Səmərəlilik yalnız ofisdə nə qədər vaxt keçirməklə bağlı ola bilməz.

Ola bilsin, indi səmərəlilik və effektivliyin edilən səylərin necə görünməsindən daha çox əhəmiyyət kəsb etdiyini vurğulayan modellər barəsində düşünməliyik.

İndi əsas diqqət verilən müddətdə işi tamamlamağa dair olmalıdır.

İnklüzivlik:

Gəlin planetimizə, yoxsullara və həssas təbəqələrə qayğı göstərməyə üstünlük verən iş modellərini inkişaf etdirək.

İqlim dəyişikliyinə qarşı mübarizədə böyük irəliləyişlər əldə etdik. Ana təbiət, insan fəaliyyətinin yavaşladığı təqdirdə nə qədər tez çiçəklənə biləcəyini göstərərək, bizə öz möhtəşəmliyini əks etdirdi. Planetə təsirimizi azaldacaq texnologiyaların və təcrübələrin inkişafında əhəmiyyətli bir gələcək var. Az ilə daha çox iş gör.

COVID-19 pandemiyası bizə sağlamlığın bərpası istiqamətində ucuz qiymətə başa gələn və geniş miqyasda tətbiq edilə bilən vasitələrin üzərində işləməyimizin zəruriliyini dərk etdirdi. Biz bəşəriyyətin sağlamlığı və rifahını təmin etmək üçün qlobal səylərin istiqamətləndiricisi ola bilərik.

Vəziyyətdən asılı olmayaraq, fermerlərimizin məlumat və mexaniki avadanlıq əldə edə bilməsi, eləcə bazarlara çıxışı, həmçinin vətəndaşlarımızın zəruri tədarükləri əldə edə bilməsi üçün yeniliklərə sərmayə qoymalıyıq.

Fürsət:

Hər böhran bir fürsət gətirir. COVID-19 pandemiyası da fərqli deyil.

İndi ortaya çıxacaq yeni fürsətlərin / inkişaf sahələrinin nə ola biləcəyini qiymətləndirək.

İndi Hindistan, müzakirə etmək əvəzinə, COVİD-dən sonrakı dünyada yenilikçi ideyaları həyata keçirən ilk ölkələrdən biri olmalıdır:

Gəlin indi insanlarımızın, bacarıqlarımızın və əsas imkanlarımızın bu işdə necə istifadə olunacağı barədə düşünək.

Universalizm:

COVID-19 pandemiyası irqə, dinə, rəngə, kastaya, məzhəbə, dilə və sərhədə baxmır və hərkəsə təsir edir.

Bundan sonra verdiyimiz cavab və davranış birlik və qardaşlığa əsaslanmalıdır.

Biz birlikdəyik.

Tarixdəki əvvəllər olduğu kimi - ölkələr və cəmiyyətlər bir-birinə qarşı çıxdıqları məqamlardan fərqli olaraq, bu gün biz birlikdə ortaq bir problemlə qarşılaşırıq. Gələcək birlik və möhkəmlik haqqında olacaq.

Hindistanın növbəti böyük hədəfi qlobal uyğunluq və onun tətbiqini müəyyənləşdirməyə yönəldirməlidir. Bu təkcə Hindistan üçün deyil, bütün bəşəriyyət üçün müsbət bir dəyişiklik etmə bacarığına mailik olmalıdır.

Loqistika əvvəllər yalnız fiziki infrastruktur - yollar, anbarlar, limanlar prizmasından görünürdü. Lakin logistika mütəxəssisləri bu günlərdə qlobal təchizat zəncirlərini öz evlərindən rahatlıqla idarə edə bilirlər.

Fiziki və virtual bacarıqların düzgün qarışığı olan Hindistan, COVID-19-dan sonrakı dünyada çoxtərəfli müasir çoxmillətli təchizat zəncirlərinin qlobal beyin mərkəzi kimi meydana çıxa bilər. Gəlin, bu fürsətə doğru addımlayaq və bu fürsətdən istifadə edək.

Hamınızı bu barədə düşünməyə və diskussiyaya qatılmağa çağırıram.

[Baş Nazir Modinin hərkəsi COVID-19 pandemiyası ilə mübarizə aparmağa çağırdığı yeddi məsələ

https://youtu.be/sWdMwJoBhE0]

BYOD (Öz qurğunu gətir)-dan WFH (Evdən iş rejimi)-yə keçid rəsmilər və şəxslər arasında balans yaratmaq üçün yeni çətinliklər yaradır. Nə olursa olsun, fitnesə və idmana vaxt ayırın. Fiziki və zehni rifahınızı yaxşılaşdırmaq üçün bir vasitə kimi yoqa ilə məşğul olun.

Hindistanın ənənəvi tibb sistemləri bədənin gümrahlaşdırılmasına köməklik göstərməsi ilə tanınır. Ayuş Nazirliyi sağlam qalmağa köməklik göstərəcək bir protokol hazırlamışdır. Buna da həmçinin nəzər yetirin.

[Aarogya Setu Mobil Uyğulama

https://youtu.be/Ffuo00GDydA]

Nəhayət və ən başlıcası, Aarogya Setu Mobil Uyğulamasını yükləyin. Bu, COVID-19 pandemiyasının mümkün yayılmasını qarşısını alan futuristik bir mobil uyğulamadır. Yükləmələr nə qədər çox olsa, effektivliyi daha çoxdur.

Cavabınızı gözləyəcəyəm ..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31