Saakaşvilidən Gürcüstan hökumətinə 5,5 milyard dollarlıq TƏKLİF
20 Aprel 2020 17:17 DünyaGürcüstanın eks-prezidenti Mixail Saakaşvili Gürcüstan hökumətinə maraqlı təklif verib.
O barəsində açılan cinayət işlərinə baxılmasının payıza qədər təxirə salınması qarşılığında rəsmi Tbilisiyə COVİD-19-la mübarizədə 5,5 milyard dollar yardım vəd edib.
"Mən təminat verirəm ki, payıza qədər 5,5 milyard dollar gətirəcəm ki, iqtisadiyyatı xilas edək".
O, ölkənin xaricdən alacağı yardımla ayaq üstə qala biləcəyini və bunun üçün beynəlxalq təşkilatların dəstəyinin tələb olunduğunu söyləyib.
modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31