Türkiyəli müğənni çörəyi belə dezinfeksiya edir - VİDEO

Türkiyənin məşhur müğənnisi Nazan Öncel sosial şəbəkədə paylaşdığı video ilə gündəmə damğasını vurub.

Koronavirus xəstəliyi ilə əlaqədar marketlərdən alınan istər ərzaq, istərsə də məişətdə istifadə edilən əşyaları dezinfeksiyaedici məhlullar ilə təmizləyən sənətçi qəribə üsula əl atıb.

N.Öncel açıq şəkildə aldığı çörəyi qaz plitəsi üzərində qızdırdığını əyani sürətdə sosial media hesabında izləyicilərinə nümayiş etdirib.

Məşhur müğənninin dezinfeksiya üsulu görənlərin heyrətinə səbəb olub. Sosial media əhli N.Öncelin bu hərəkətini birmənalı qarşılamayıb.

moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31