Koronavirusa yoluxdu, sonra cani oldu...
20 Aprel 2020 16:59 DünyaRusiyanın Yekaterinburq şəhərində yaşayan şəxs koronavirusa yoluxduğu halda təcili yardım həkimlərini öz evindən qovaraq xəstəxanaya getməkdən imtina edib.
Həkimlər çıxış yolu olmadığını görüb polisə müraciət ediblər. Hadisə yerinə gələn polislərlə mübahisə edən şəxs evdən çıxmağına ehtiyac olmadığını və heç bir xəstəxanaya ayaq basmayacağını inadla söyləyib. Onu yola gətirmək istəyən sahə müvəkkilinə qəfildən hücum edən Kovid-19 xəstəsi polis zabitinə bıçaqla zərbə endirib.
Hücum zamanı çiyin nahiyəsindən yüngül yaralanan polis mayoruna ilkin tibbi yardım göstərilib. Koronavirusa yoluxan şəhər sakini isə təcili həkimlərin və polislərin nəzarəti altında xüsusi palatada yerləşdirilib. İndi o, tək xəstə yox, həm də cinayət törədən şəxsdir. Virusa yoluxan Yekaterinburq sakini haqqında dövlət nümayəndəsinə zor tətbiq etmə ittihamı ilə cinayət işi açılıb.
moderator.az