Avropanın korona ilə mübarizəyə pulu çatmadı
20 Aprel 2020 16:54 DünyaKoronavirusun yaratdığı böhranla mübarizə üçün Avropaya əvvəl planlaşdırılan vəsaitdən üç dəfə çox pul tələb olunacaq.
Bunu Avropa Birliyinin İqtisadiyyat üzrə komissarı Paolo Centiloni deyib.
Onun sözlərinə görə, Avropada səhiyyə və biznesin dəstəklənməsi üçün 1 trilyon avro lazımdır.
Qeyd edək ki, AB bundan öncə koronavirus böhranına müqavimət üçün yarım trilyon avro pul ayırmışdı.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31