Husilər koalisiya təyyarəsini vurdu

Yəməndə husi qruplaşması Hudeydə şəhərində Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinə aid kəşfiyyat təyyarəsini vurub.

Bu barədə husilərə bağlı "Əl-Məsirə" telekanalı məlumat yayıb.

Məsələ ilə bağlı koalisiya açıqlama verməyib.

Qeyd edək ki, koalisiya qüvvələri ötən gün husi qruplaşmasının atəşkəs rejimini 1096 dəfə pozduğunu açıqlayıb.

Husi qruplaşması isə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyanın Mərib və Əl-Cevf şəhərlərinə sutka ərzində 30 dəfə havadan hücum etdiyini bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31