Bələdiyyə sədrinə sui-qəsd təşkil olundu

Türkiyənin Burdur vilayətinin Yeşilova rayonunun Bələdiyyə sədri Mümtaz Şenelin evinə silahlı basqın olub.

Sübh saatlarında baş verən hadisə nəticəsində bələdiyyə sədri və həyat yoldaşı odlu silahla ayaqlarından yaralanıb.

Olay yerinə çox sayda polis və tibbi heyət cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Basqını həyata keçirənlərin axtarışı üçün əməliyyat təşkil olunub.

Qeyd edək ki, Mümtaz Şenel "Türkiyənin Maldivi" adlanan Salda gölünün talan edilməməsi və qurumasının qarşısını almaq üçün gördüyü işlərlə tanınır.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31