Nyu-York bələdiyyə sədri Trampı sərt tənqid etdi

Nyu-York bələdiyyə sədri Trampı sərt tənqid etdi

Nyu-York bələdiyyə sədri Bill de Blasio ABŞ Prezidenti Donald Trampı sərt tənqid edib.

Bələdiyyə sədri Bill de Blasio Trampın yeni növ koronavirus "COVID-19" pandemiyasıyla mübarizədə özünün də doğulub böyüdüyü Nyu-Yorku qorumaq üçün heç nə etmədiyini deyib. Bill de Blasio bu barədə təşkil etdiyi mətbuat konfransında danışıb.

O, "Nyu-York yardıma ehtiyac duyarkən sən hardasan? Dilini udmusan? Cənab Prezident, Nyu-Yorku xilas edəcəksən, yoxsa Nyu-York qoy ölsün deyirsən?", - sözlərini dilə gətirib. 

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31