Bu ölkədə koronanın dərmanı bu gün təqdim olunur

Yeni tip koronavirusa qarşı hazırlanan müalicəvi bitki mənşəli dərman bu gün ictimaiyyətə təqdim olunacaq.

Bunu Madaqaskar Prezidenti Endryu Racoelina deyib.

"Madaqaskar Tədqiqat İnstitutu tərəfindən hazırlanan və sınaqdan keçirilən "Covid Orqaniks" adlı dərman başda yovşan olmaqla, bir çox şəfalı bitkilərdən hazırlanıb. Yaxın zamanda dərmanın kütləvi istehsalına başlanacaq", - ölkə başçısı bildirib.

Qeyd edək ki, Madaqaskarda 83 nəfər pandemiyaya yoluxub. Bu günə kimi virusdan ölən olmayıb, 39 nəfər isə sağalaraq evə buraxılıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31