İsraildə və xaricdə Fəlakət Günü kütləvi qeyd edilməyəcək
20 Aprel 2020 11:32 Dünyaİsraildə Fəlakət Günü ilə bağlı kütləvi tədbirlər keçirilməyəcək.
Bir çox tədbirlər videoyazı şəklində yayımlanacaq.
Bildirilib ki, bəzi mərasimlər təxirə salınıb.
Məlumata görə, aprelın 20-21-də İsraildə və xarici ölkələrdə yəhudilərin Fəlakət Günü ilə bağlı tədbirlər keçiriləcək. Koronavirusla əlaqədar həmin mərasimlər kütlənin iştirakı olmadan reallaşacaq.
Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı Avropa və Afrikanın şimalında yəhudilərin soyqırımı Fəlakət Günü adlanır.
azerbaycan24.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31