Bill Qeyts AÇIQLADI: "Koronavirus peyvəndi bu tarixdə hazır olacaq"
20 Aprel 2020 10:56 DünyaCOVID 19 virusuna qarşı peyvənd gələn ilin sonuna qədər tapılacaq.
Bunu "Microsoft"un qurucusu Bill Qeyts iddia edib.
Koronavirusla mübarizəyə yardım məqsədilə təşkil edilən toplantıda açıqlama verən Qeyts hazırda dəstəklədikləri bir neçə peyvənd namizədimin olduğunu deyib: "Gələn ilin sonuna qədər bunlardan birinin uğurlu olacağına ümidim var. Bunun dünyadakı hər kəsə gedib çatdığından əmin olmalıyıq".
Qeyd edək ki, dünyada xeyriyyəçi kimi tanınan Bill Qeyts son vaxtlar koronavirus mövzusundakı açıqlamaları ilə diqqət çəkir. Hətta bəziləri koronavirusun yayılmasının Qeytsin planı olduğunu iddia edir.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31